Maaşının azaldılmasına razı olmadı, işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Maaşının azaldılmasına razı olmadı, işdən qovuldu

İdman

17 Aprel 2020 13:55 1163


“Dinamo”nun (Zaqreb) baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.

Yenisabah.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xorvatiya mətbuatının iddiasına görə isə, Byelitsa maaşının azaldılmasına razı olmadığı üçün qovulub. pizza hut

Klub rəhbərliyi daha əvvəl eyni səbəbdən xorvatiyalı mütəxəssisin 6 köməkçisini vəzifəsindən azad edib. Onların hamısı klubun maaş endirimi tələbini qəbul etmədiyinə görə istefaya göndəriliblər.

2018-ci ildən “Dinamo”ya başçılıq edən Nenad Byelitsa 2 dəfə Xorvatiya çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb.

Sözügedən klub məhz onun rəhbərliyi altında 50 illik fasilədən sonra avrokuboklarda qrup mərhələsini keçməyə nail olub. Zaqreb təmsilçisi Byelitsa ilə 99 oyuna oyuna çıxıb, 71 qələbə qazanıb.(Sportinfo.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!