Gürcüstanın "Samtredia" klubunun yarımmüdafiəçisi Nicat Qurbanov sportal.az-a açıqlama verib.
Yenisabah.az xəbər verir ki, 28 yaşlı futbolçu koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa vaxtının müəyyənləşmədiyini deyib:
"Çempionatın bərpası ilə bağlı xəbər yoxdur. Komandalar məşqlərə başlamayıb, amma özümüz proqram üzrə hazırlaşırıq. Qruplara bölünüb, fərdi hazırlıq keçirik. Meşə tərəfdə qaçıb, evə qayıdırıq. Kollektiv məşqlərin nə vaxt başlayacağı bilinmir". pizza sifarişi
Nicat çempionatın startına qədər maaşlarının azaldığını bildirib: "Fonda ianə üçün məvacibimizdən tutum olmadı, ancaq çempionat başlayana qədər maaşların 50 faizi kəsildi".
Telegram kanalımız