Macarıstan Azərbaycan qazı üçün Türkiyə ilə danışıqlara başladı

saytların hazırlanması

Evə çatdırılma

Macarıstan Azərbaycan qazı üçün Türkiyə ilə danışıqlara başladı

İqtisadiyyat

16 Yanvar 2023 23:18 1409


Macarıstanın MVM şirkəti Azərbaycan qazı, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə tədarükünü genişləndirmək məqsədilə Türkiyədən olan tərəfdaşlarla kommersiya danışıqlarına başlayıb.

Bu barədə bazar ertəsi Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Macarıstan hökumətinin enerji mənbələrinin şaxələndirilməsinə cəhd etmək niyyətini təsdiqləyən Siyarto qeyd edib ki, “bunun üçün ən real variant Azərbaycan qazı və Türkiyə limanlarına gələn LNGdir”. Dördpendirli pizza

Nazir məlumat verib ki, “MVM şirkəti ilə onun türk tərəfdaşları arasında Macarıstan bazarına çatdırılmaların həcmi və vaxtı ilə bağlı kommersiya danışıqları artıq başlayıb”. O, həmçinin vurğulayıb ki, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!