Macarıstan hökuməti əhalinin sayını artırmaq üçün maraqlı üsula əl atıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, hökümət bundan sonra 3 uşaq dünyaya gətirən ailələrə 30 min avro (10 milyon macar forinti) pul hədiyyə edəcək. Maraqlısı odur ki, bu pul kredit olaraq bütün evli cütlüklərə veriləcək. Əgər cütlüyün 3 uşağı olarsa, onlar krediti geri ödəməli olmayacaqlar. 4 övlad sahibi olan analar isə ömür boyu vergilərdən azad olunacaq. Böyük ailərlərin ev və avtomobil sahibi olması üçün də dövlət dəstək verəcək.
Məlumata görə, dövlət büdcəsinin 4,8 faizi bu işlərə yönləndiriləcək. Dominos pizza
Macarıstanın Baş naziri Viktor Orban məsələ ilə bağlı çıxışında əhalinin sayını qaçqınların hesabına artırmağın əleyhinə olduğunu bildirib:
“Bizim saya yox, Macar uşaqlara ehtiyacımız var".
Elnarə İlham
Telegram kanalımız