Macarıstan səfirliyi İrandan Bakıya köçdü

saytların hazırlanması

Evə çatdırılma

Macarıstan səfirliyi İrandan Bakıya köçdü

Siyasət

19 İyun 2025 14:15 622


Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkə səhifəsindəki videomüraciətində bildirib.

XİN başçısı qeyd edib ki, Macarıstanın 6 vətəndaşı artıq Azərbaycan vasitəsilə İranı tərk edib. Bundan sonra o, diplomatlara da eyni şəkildə hərəkət etməyi tapşırıb: pizza mizza

"Tehrandakı səfirliyimizdə işləyən bütün diplomatlara və ailə üzvlərinə İranı tərk etmək barədə göstəriş vermək qərarına gəldim. Beləliklə, səfirliyin əməkdaşları və onların ailə üzvləri, ümumilikdə 15 nəfər də Azərbaycana təxliyə edilib. Tehrandakı səfirliyin işi təhlükəsizlik şəraiti yaxşılaşana qədər müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək. Orada işləyənlərin və onların ailələrinin, o cümlədən uşaqların həyatını qorumaq üçün bu qərarı qəbul etməli oldum".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!