Macarıstan və Polşa klubları “Sumqayıt”a rəqib oldu

saytların hazırlanması

Evə çatdırılma

Macarıstan və Polşa klubları “Sumqayıt”a rəqib oldu

İdman

09 Yanvar 2020 14:50 1124


"Sumqayıt" yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara başlayıb.

“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək. “Kimyaçılar” hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Komanda təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək.

"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunundə qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!