Macarıstanda qalmış Azərbaycan vətəndaşları ölkəyə nə vaxt gətiriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Macarıstanda qalmış Azərbaycan vətəndaşları ölkəyə nə vaxt gətiriləcək?

Siyasət

17 Mart 2020 14:38 744


Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Macarıstandakı səfirliyi yayıb.

Məlumata görə, həmin çarter reysi vasitəsilə ilk növbədə "WizzAir" şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur: “Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər "WizzAir" şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq”. Dominos pizza

Qeyd edilib ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasında tətbiq olunan qaydalara ciddi şəkildə riayət etməli xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!