Macarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Macarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

Siyasət

06 İyul 2024 19:28 689


Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfəri iyulun 6-da başa çatıb.

Yenisabah.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!