Macarıstanın XİN rəhbəri Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

Macarıstanın XİN rəhbəri Azərbaycana gəldi

Maraqlı

03 Fevral 2023 08:10 578


Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto cümə günü Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin beynəlxalq görüşündə iştirak etmək üçün Bakıya səfərə gəlib. 

Yenisabah.az xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, görüşdə onun Cənub-Şərqi Avropadan olan həmkarları da iştirak edəcək.  pizza hut

"Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik. 

Azərbaycanda hasilatın artırılması hesabında təbii qazın alınması Mərkəzi Avropaya təbii qaz tədarükü üçün yeni mənbələrin tapılması baxımından ən real ssenaridir", - deyə nazir bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!