“Made in Germany” adı altında saxtakarlıq: İş prokurorluğa göndərildi

saytların hazırlanması

Evə çatdırılma

“Made in Germany” adı altında saxtakarlıq: İş prokurorluğa göndərildi

Sosial

18 Noyabr 2025 11:53 407


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətə yol verən 6 təsərrüfat subyektinə qarşı tədbir görüb.

"Yeni Sabah" xəbər verir ki, şikayətlər əsasında Rəqabət Məcəlləsinin tələblərini pozulması müəyyən olunub.

"ABC Telecom"un "HOFFMANN" markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etib. Həmin məhsulların faktiki istehsalçısının Çin şirkəti olsa da, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilib. Sezar pizza

"Trust Lux" isə "Y.A.Ş" əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların da faktiki istehsal ölkəsi Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və türk dilində ifadələrdən istifadə edərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb.

Bundan başqa, sahibkar Dadaş Vəliyev istehsalını və satışını həyata keçirdiyi süd məhsullarının etiketlərində əsassız olaraq "İVANOVKA" coğrafi göstəricisindən qanunsuz istifadə edib.

Sahibkar Vüsal Qurbanovun kontrafakt hesab edilən "AUXs" adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

O, "AUXs" adlı kontrafakt kondisionerlərin satışı zamanı ölkə ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) "AUX" əmtəə nişanından qanunsuz istifadə etməkdə təqsirləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!