İspaniyanın "Real" klubu yayda futbolçusu Antonio Rüdiger ilə müqavilənin müddətini uzada bilər.
Yenisabah.az Marca-ya istinadla xəbər verir ki, Almaniya millisinin üzvü hələlik Madrid təmsilçisindən ayrılmağı düşünmür. 31 yaşlı müdafiəçinin yeni sözləşməsinin 2027 və ya 2028-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir.
Qeyd edək ki, 2022-ci ildə "kral klubu"na keçən oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. pizza mizza
Telegram kanalımız