Mafiya Messini təhdid edir

saytların hazırlanması

Evə çatdırılma

Mafiya Messini təhdid edir

İdman

03 Mart 2023 14:10 767


Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi şok təhlükə ilə üzləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kimliyi məlum olmayan bir neçə şəxs ötən gün Messinin həyat yoldaşı Antonella Rokkuzzonun ailəsinin mağazasına silahlı hücum edib. Həmin vaxt onlar 35 yaşlı hücumçuya da təhdid mesajı göndəriblər. Silahlılar bildiriblər: "Messi, səni gözləyirik. Rosarionun Bələdiyyə başçısı Cakvin də narkotik ticarətində səni qoruya bilməyəcək". 

Həmçinin silahlı basqın səbəbindən Rokkuzzo ailəsinin mağazasına da zərər dəyib.  Dominos pizza

İddia olunur ki, bu hərəkəti edənlər mafiya qruplaşmasının üzvləridir. 

Argentina Purokurorluğu məsələ ilə bağlı araşdırmaya başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!