Mağaza sahibini döyüb soyğunçuluq etdi – ANBAAN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mağaza sahibini döyüb soyğunçuluq etdi – ANBAAN VİDEO

Hadisə

30 Aprel 2021 09:05 836


Kürdəmirdə mağaza sahibini döyərək kassadan pul və konturları aparan şəxs saxlanıb. İstintaq zamanı məlum olub ki, həmin şəxs mağaza sahibinə min manatdan artıq ziyan vurub. İlkin dindirilmə zamanı Qaçay Qaçayev törətdiyi əməli etiraf edib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

XəzərXəbər-in bölgə müxbiri xəbər verir ki, Sığırlı kənd sakini Səlahəddin Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Qaçay adlı şəxsin onu döyərək sahibi olduğu mağazadan 550 manat dəyərində kontur və 600 manat oğurladığını bildirib. pizza

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Sığırlı kənd sakini Qaçay Qaçayev polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Məlum olub ki, Qaçay Qaçayev müştəri qismində Səlahəddin Qurbanova məxsus mağazaya girib, onunla mübahisə edib və mağaza sahibinə qarşı soyğunçuluq əməli törədib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və qarşı tərəfdən üzr istəyərək onu bağışlamasını istəyib. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb və araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!