Mağaza və apteklərin fəaliyyəti ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Mağaza və apteklərin fəaliyyəti ilə bağlı açıqlama

Sosial

24 Mart 2020 08:39 1951


Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanların olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bir ay müddətinə dayandırılıb.

“Yeni Sabah”un məlumatına görə, İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırıb ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər.

Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və “Mall”arın nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!