Mağazadan 6 min manat oğurluq edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mağazadan 6 min manat oğurluq edənlər saxlanıldı

Kriminal

28 İyul 2020 14:19 642


Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Qabil Abbasov müraciət edərək bildirib ki, ona məxsus avtomobil ehtiyyat hissələri satılan mağazasına iyul ayının 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq oradan 6000 manat pulu oğurlayıb.

Müvafiq polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21 yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar. pizza mizza

İlkin dindirmə zamanı onlar, törətdiyi hadisəni etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!