Mağazadan oğurluq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Mağazadan oğurluq edən şəxs tutuldu

Kriminal

11 İyun 2020 10:00 719


Mingəçevirdə mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) daxil olmuş müraciət əsasında əməliyyat keçirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuk oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib. pizza

O, şübhəli şəxs qismində saxlanılıb. 

Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!