Mağazadan təmir-tikinti alətləri oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

Mağazadan təmir-tikinti alətləri oğurlanıb

Kriminal

09 Aprel 2019 21:21 1128


Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki mağazasından təmir-tikinti alətləri və məişət əşyalarının oğurlandığını bildirib.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Qısa müddətdə cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.

6-cı Polis Bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli rayon ərazisində saxlanılıb. pizza sifarişi

Onun Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!