Siyəzən rayonu ərazisində mağazalardan oğurluq edərək vətəndaşlara, ümumilikdə, 2 min 800 manat ziyan vuran şəxs saxlanılıb.
DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törədən şəxsin şəhər sakini Nəzərov Mayis Əlif oğlu olduğu müəyyənləşib.
Araşdırmalarla müəyyən olunub ki, əvvəllər də eyni əməllərə görə məhkumluq həyatı yaşamış M.Nəzərov aprelinin 8-dən 14-dək beş müxtəlif mağazadan geyim əşyaları və ərzaq məhsulları oğurlayıb. Dominos pizza
Telegram kanalımız