Mağazalardan paltar oğurlayan bacı-qardaş saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mağazalardan paltar oğurlayan bacı-qardaş saxlanıldı

Kriminal

23 İyul 2020 15:30 841


Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Ağstafa rayon Köçəsgərli kənd sakinləri, əvvəllər məhkum olunmuş 36 yaşlı Eldəniz Qasımov və onun bacısı İlhamə Qasımova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a  verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisindəki mərkəzi bazarda yerləşən qadın geyimləri satılan 3  mağazadan 2160 manat dəyərində ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar. 

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf edərək bildiriblər ki, əvvəlcədən planlaşdırdıqları kimi , ayrı-ayrı vaxtlarda mağazaya daxil olub, satıcının diqqətini yayındırmaqla oğurluq ediblər. Dördpendirli pizza

Hazırda həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətləri törədib-törətməməsi istintaq tədbirləri ilə müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!