Magistral yolda zəncirvari qəza:   30-a yaxın avtomobil toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Magistral yolda zəncirvari qəza: 30-a yaxın avtomobil toqquşdu

Kriminal

24 Fevral 2021 09:45 670


Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.

Yenisabah.az xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub. pizza

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. (Report)

Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib.

Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!