Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edildi

Sosial

13 Avqust 2025 10:24 186


Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul üçün avqustun 13-dən ixtisas seçimi elan edib.

Yenisabah.az xəbər verir ki, qəbul fevralın 16-sı və mayın 11-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Müsabiqəyə müəyyən minimal tələbləri ödəyən və ixtisas seçimində iştirak hüququ qazanan bakalavrlar buraxılırlar. Dördpendirli pizza

Magistraturaya qəbul olmuş bakalavrın müəyyən müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların indiki müsabiqədə iştirakına icazə verilmir.

Bakalavrlar müsabiqədə iştirak üçün avqustun 18-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisasların kodlarını qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisas kodunu seçə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!