Magistraturaya ixtisas seçimi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya ixtisas seçimi başlayır

Sosial

01 İyul 2025 09:53 304


Gələn həftə magistraturaya ixtisas seçimi başlayır.

Yenisabah.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar iyunun 7-13-də seçim etməlidirlər.

İştirakçıların nəzərinə çatdırırıq ki, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal pizza sifarişi

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!