Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Sosial

30 May 2025 20:32 631


Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələrini açıqlayıb.

İmtahan nəticələrinə görə, ən yüksək balı 3 nəfər toplayıb.

Onlardan ikisi Aydan Süleymanova və Nicat Əliyevdir. Toyuqlu pizza

Aydan Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.

İmtahanda 95,5 bal toplayan A.Süleymanova UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakültəsində bakalavr təhsili alır./Oxu.az

Nicat Əliyev isə Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır. O da mümkün 100 baldan 95.5 bal toplayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!