Mahir agentlərindən onu rahat buraxmalarını istəyib: Ondan sonra...

saytların hazırlanması

Evə çatdırılma

Mahir agentlərindən onu rahat buraxmalarını istəyib: Ondan sonra...

İdman

07 İyun 2025 21:39 357


“Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq”.

Yeniabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib. 

“Nürnberq”dən ayrılan hücumçu yeni klub axtarışlarından danışıb: “Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək”.  Dördpendirli pizza

Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi “Haydenhaym”, ikinci Bundesliqa təmsilçisi “Kauzerslauten” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!