Mahir “Beşiktaş”a qol vurdu, komandası 1 xal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Beşiktaş”a qol vurdu, komandası 1 xal qazandı

İdman

07 İyun 2023 23:58 931


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasında 2022/2023 mövsümünü heç-heçə ilə başa vurub.

Yenisabah.az xəbər verir ki, sonuncu turda "Beşiktaş"ın qonağı olan Konya təmsilçisi məhsuldar heç-heçəyə razılaşıb - 3:3.

Oyuna sonradan daxil olan Mahire Emreli 47-ci dəqiqədə fərqlənməyi bacarıb. Pepperoni pizza

Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Konyaspor" çempionatı 8-ci pillədə başa vurub. "Beşiktaş" isə 2-ci olmaq şansını əldən verərək, 78-ci xalla "Fənərbağça"dan sonra 3-cü yeri tutub.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!