İngiltərənin "Hall Siti" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə maliyyə baxımından daha sərfəli təklif irəli sürüb.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Liga-Zwei" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 27 yaşlı hücumçu azad agent kimi Almaniyanın "Kayzerslautern" klubuna keçməyə yaxın idi. Lakin ingilislərin təklifi Emrelini yenidən düşünməyə vadar edib. Sezar pizza
Azərbaycanlı forvardı komandanın yeni baş məşqçisi təyin olunacaq Sergey Yakiroviçin istədiyi vurğunalıb.
Emreli daha əvvəl Xorvatiyanın "Dinamo Zaqreb" klubunda bu mütəxəssislə işləyib.
Qeyd edək ki, Mahir Emreli son olaraq Almaniyanın "Nürnberq" klubunda çıxış edib.
Telegram kanalımız