Mahir Emreli antirekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli antirekorda imza atdı

İdman

05 Sentyabr 2020 21:44 6094


Mahir Emreli Azərbaycan millisinin tarixində antirekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, 23 yaşlı hücumçu yığmanın tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub.

O, Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununun 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. pizza

Mahir əvvəlki antirekordu 1 dəqiqə yeniləyib. Ondan öncə ən erkən qırmızı vərəqəni iki futbolçu alıb. Aslan Kərimov Portuqaliya ilə 2007-ci, Saşa Yunisoğlu Avstriya ilə 2011-ci ildəki görüşlərin 27-ci dəqiqəsində meydandan kənarlaşdırıb.

Düzdür, iki futbolçumuz meydanda daha az olub qırmızı vərəqə alıb. Lakin Rasim Abışov və Branimir Subaşiç komanda yoldaşlarını əvəzləyəndən az sonra qırmızı vərəqə görüb.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!