Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırıldı

İdman

19 Mart 2023 19:54 1358


Mahir Emreli futbol üzrə Azərbaycan millisindən kənarlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” klubunun hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. O, ölkə çempionatının XXVI turunda “Qalatasaray”la (2:1) matçda zədələnib. Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!