Mahir Emreli Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli Bakıya gəldi

İdman

20 Dekabr 2021 10:52 1077


Polşanın "Legiya" klubunda çıxış edən millimizin hücumçusu Mahir Emreli Vətənə qayıdıb.

Yenisabah.az xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə İnstaqram səhifəsində bildirib. Hava limanından foto paylaşan Emreli "family coming first" (ailə birinci gəlir) yazıb. O, dünən axşam saatlarında Bakıya çatıb.

Xatırladaq ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Mahirin "Legiya"dan ayrılacağı haqda xəbərlər yayılıb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!