Mahir Emreli bu gün Türkiyədə debüt edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli bu gün Türkiyədə debüt edə bilər

İdman

05 Mart 2023 10:10 748


Millimizin üzvü Mahir Emrelinin yeni komandası "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxacaq. 

Yenisabah.az xəbər verir ki, Konya təmsilçisi 24-cü turda "Giresunspor"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Mahir də bu oyunda iştirak edə bilər. O, meydana çıxsa, "Konyaspor"da və ümumiyyətlə Superliqada rəsmi debüt edəcək.  pizza sifarişi

"Konyaspor" 22 oyundan sonra 27 xalla 10-cu pillədə qərarlaşıb. 

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!