Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dəki debütü haqda fikirlərini bildirib.
Yenisabah.az xəbər verir ki, Almaniya klubunda debütü 2-ci bundesliqanın 6-cı turunda “Herta” ilə matça (0:2) təsadüf edən 27 yaşlı futbolçu oyundan sonra İnstaqram hesabında bu haqda yazıb.
Zədə səbəbindən uzun müddətdir meydana çıxmayan futbolçu "Nürnberq"dəki ilk görüşündə uduzduqları üçün məyus olduğunu qeyd edib: “Uzun müddət sonra yaşıl meydanlara qayıtdığım üçün xoşbəxtəm. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Çox məyusuq və üzr istəyirik. Diqqətimiz artıq növbəti oyundadır”. pizza sifarişi
Qeyd edək ki, Mahir Emreli "Herta" ilə görüşün 39-cu dəqiqədə Benjamin Golleri əvəzləyərək oyuna daxil olub. "Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur.
Telegram kanalımız