Mahir Emreli “Legiya“da ayın ən zəif futbolçusu seçildi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli “Legiya“da ayın ən zəif futbolçusu seçildi

İdman

01 Dekabr 2021 16:06 978


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda noyabrın ən zəif oyunçusu seçilib.

Yenisabah.az xəbər verir ki, "Legionisci" nəşrinin versiyasına əsasən, 24 yaşlı hücumçu komanda yoldaşı Mattias Yohanssonla ilə birlikdə -4 xala layiq görülüb. O, oktyabrda da ən zəif 2 futbolçudan biri olub.

Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb. Toyuqlu pizza

Qeyd edək ki, "Legiya" noyabrda keçirdiyi 5 oyunun 4-də uduzub. Son ölkə çempionu yalnız Ekstraklasanın XVI turunda "Yagelloniya"ya minimal hesabla qalib gəlib - 1:0. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!