Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, Varşava təmsilçisi Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşıb.
Matç 1-1 hesablı bərabərliklə bitib. "Legiya"nın yeganə qolunu Mahir Emreli 39-cu dəqiqədə vurub. Millimizin hücumçusu 70-ci dəqiqədə əvəzlənib. Dominos pizza
Qeyd edək ki, Mahir daha əvvəl “Legiya”nın “Bişofshofen”lə yoxlama oyununda iştirak etmiş və het-trikə imza atmışdı. O, 5:0 hesablı qələbəyə sevindikləri həmin görüşdə 60 dəqiqə meydanda olmuşdu.
Telegram kanalımız