Mahir Emreli “Legiya”nın heyətində Çempionlar Liqasında dubl etdi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli “Legiya”nın heyətində Çempionlar Liqasında dubl etdi

İdman

07 İyul 2021 22:19 986


Millimizin hücumçusu Mahir Emrelinin Polşa “Legiya”sında rəsmi debütü uğurlu alınıb.

Yenisabah.az xəbər verir ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Bodo Qlimt”ə qarşı forma geyinib.

Mahir Norveçdəki səfər oyununa start heyətində başlayıb. Onun komandası erkən qolla hesabda önə keçib. Emreli isə 41 və 61-ci dəqiqələrdə fərqlənməklə həm dubla imza atıb, həm də komandasının 3:2 hesablı qələbəsində böyük pay sahibi olub.  Toyuqlu pizza

Debüt oyununda dubla imza atan Emreli matçın 79-cu dəqiqəsində əvəzlənib. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!