Mahir Emreli onu təhqir edən komanda yoldaşı ilə dalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli onu təhqir edən komanda yoldaşı ilə dalaşdı

İdman

28 Sentyabr 2024 15:21 645


Mahir Emreli "Nürnberq"də onu təhqir edən komanda yoldaşı ilə dalaşıb.

Oxu.Az Bild.dl-yə istinadən xəbər verir ki, millimizin hücumçusu Yannik Hofmann və Finn Elçlə mübahisə edib.

Futbolçumuz Finnlə yüngül sözləşib, Hofmanna isə Emreliyə məşq zamanı sərt oyununa görə narazılığını bildirib. Bundan sonra, əsəbiləşən Yannik Hofmann Emrelini ingilis dilində təhqir edib. pizza sifarişi

Baş məşqçinin köməkçisi Ceremi Polenz Almaniya mətbuatına açıqlamasında məsələyə aydınlıq gətirib:

"Belə emosiyaların olması pis deyil. Şifahi mübahisələrin olması normal haldır".

Qeyd edək ki, sabah "Nürnberq" səfərdə "Hannover 96" ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!