“Mahir Emreli Polşada çox qalmayacaq”   - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Mahir Emreli Polşada çox qalmayacaq” - İDDİA

İdman

13 Sentyabr 2021 20:43 4233


Polşa mətbuatı yay fasiləsində "Ekstraklasa"ya ( Polşa çempionatı) keçən futbolçuların çıxışını dəyərləndirib.

Yenisabah.az xəbər verir ki, yerli KİV bir neçə oyunçunu fərqləndirib ki, onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

“Qarabağ”dan “Legiya”ya keçən və komandanın Avropa Liqasının qrupuna düşməsində böyük rol oynayan 24 yaşlı forvard bu yay Polşa çempionatına üz tutan ən yaxşı futbolçular sırasında göstərilib. Mahirlə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşek (“Visla”) də Polşa çempionatının bəzəyi sayılır. pizza

Polşalılar hesab edir ki, adıçəkilən oyunçulardan bəziləri bu ölkədə çox qalmayacaq. Xüsusən də, Kovaçeviç və Emrelinin daha böyük çempionata yüksək məbləğə keçəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 2+1 illik müqavilə bağlayıb./Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!