Mahir Emreli “Qarabağ”a qayıdır? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli “Qarabağ”a qayıdır? - Rəsmi açıqlama

İdman

17 Dekabr 2021 12:17 1176


“Müqavilə ilə hər hansı bir kluba məxsus olan futbolçu barədə fikir bildirmək peşəkarlıq baxımından doğru olmaz”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə  Polşa “Legiya”sında oynayan azərbaycanlı futbolçu Mahir Emreli haqqında deyib.

Onun sözlərinə görə, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emrelinin Varşava təmsilçisi ilə uzun müddətli, 3 illik müqaviləsi var. pizza hut

“Bizim bildiyimiz qədəri ilə Mahir Emrelinin klubdan ayrılıb “Qarabağ”a geri dönmək fikri yoxdur”, -deyə sonda klub rəsmisi bildirib.

Qeyd edək ki, Mahir Emrelinin Plotsk “Visla”sı ilə oyundan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalması səbəbi ilə “Legiya” klubundan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!