Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada "Nürnberq"in heyətində növbəti dəfə fərqlənib.
Yenisabah.az xəbər verir ki, hücumçu XI turda "Hamburq"la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol tapıb.
27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb. Emrelinin vurduğu qol komandasına 1 xal qazandırıb - 1:1. pizza hut
Qeyd edək ki, Mahir Emreli II Bundesliqada ardıcıl son 3 oyunda fərqlənməyi bacarıb.
Telegram kanalımız