Azərbaycan millisinin "Konyaspor"da çıxış edən üzvü Mahir Emreli "Kon TV" kanalına müsahibə verib.
Yenisabah.az xəbər verir ki, 25 yaşlı hücumçu Türkiyə Superliqasının 27-ci turunda "Ümraniyespor"a qarşı keçirdikləri matç (2:2) haqqında danışıb:
"Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu. Oyunun sonları daha gözəl. bol qollu keçdi. Amma təbii ki, səfərdən 3 xal ilə qayıtmaq istəyirdik. Qismət olmadı. Ən azından son dəqiqələrdə vurduğumuz qol ilə 1 xal qazanmağımıza sevinməliyik. Çünki milli komandaların matçları ilə əlaqədar fasilə oldu. Komanda üçün toparlanmaq bir az çətin idi. Fasilə olanda bir az çətinliklərin yaşanması mümkündür. Düşünürəm ki, növbəti oyunda daha yaxşı çıxış edib, 3 xal qazana biləcəyik". Marqarita pizza
"Baş məşqçimiz hansı mövqeyə uyğun görərsə, orada oynayaram. Təbii ki, baş məşqçimiz mənimlə bu vəziyyəti müzakirə edir. O, əsl mövqemin hücum olduğunu bilir. Amma burada bir bəhanə axtarmayaq. Sağ cinahda oynadırsa, deməli orada da çıxış edə bilərəm. Sadəcə olaraq qol vurmaq və ya qol ötürməsi vermək üçün səbirsizlənirəm. Ümid edirəm ki, növbəti maçtda bu səddi aşa bilərəm" - deyə Mahir əlavə edib.
Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib./Qol.az
Telegram kanalımız