Mahir Emreli üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli üzr istədi

İdman

06 Sentyabr 2020 15:05 1548


Azərbaycan millisinin üzvü Mahir Emreli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla matçda qırmızı vərəqə alması barədə danışıb.

Yenisabah.az xəbər verir ki, futbolçu məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb:

“Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandanı və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam. pizza sifarişi

Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul edirəm. Gələcəkdə bu vəziyyəti dəyişdirməyə çalışacağam”. / Azerisport.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!