Mahir Emrelinin bu hərəkəti "Qarabağ"a baha başa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emrelinin bu hərəkəti "Qarabağ"a baha başa gəldi

İdman

25 Fevral 2020 16:25 809


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. "Yeni Sabah" PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunda baş verənlərə hüquqi qiymət verilib. Premyer Liqanın 18-ci turunun "Sabah" – "Səbail" oyununun 15-ci dəqiqəsində meydan sahiblərini futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün "Sabah" 800 manat cərimə olunub. Premyer Liqanın 18-ci turunun "Qarabağ" – "Sumqayıt" oyununda meydan sahiblərinin futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə "Qarabağ" 400 manat cərimə olunub. Premyer Liqanın 18-ci turunun "Qəbələ" – "Neftçi" görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə meydan sahibləri 400 manat cərimə olunub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!