Mahir Emreli daha bir oyunu buraxacaq

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli daha bir oyunu buraxacaq

İdman

20 Oktyabr 2022 14:49 924


"Dinamo"nun hücumçusu Mahir Emreli Xorvatiya liqasının 13-cü turunda səfərdə "Hayduk"a qarşı keçiriləcək oyunu buraxacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Zaqreb komandasının baş məşqçisi Ante Çaçiç keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, M.Emreli və daha dörd futbolçu - Daniel Şteful, Robert Lyuboviç, İvan Nevistiç və Marko Bulatda virus aşkarlanıb. O bildirib ki, Emreli, Bulat və Nevistiç qarşıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Hayduk" - "Dinamo" görüşü oktyabrın 21-i, Bakı vaxtı iləı saat 21:00-da başlanacaq.  Marqarita pizza

Əlavə edək ki, M.Emreli bu mövsüm Xorvatiya Liqasında "Dinamo"nun keçirdiyi 12 oyundan 5-də meydana çıxıb və 1 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!