Millimizin üzvü Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"su baş məşqçisi Ante Çaçiçlə yolları ayırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun rəsmi saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Dinamo" 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. Lakin komanda son son 5 matçın yalnız 1-də qalib gəlib. Dominos pizza
Qeyd edək ki, Mahir Emreli bu ilin fevralında Türkiyə "Konyaspor"una icarəyə verilib. O, 2022-ci ilin yanvarında “Dinamo” Zaqreblə 4,5 illik müqavilə bağlayıb.
Telegram kanalımız