Mahir Emrelinin komandası heç-heçə etdi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emrelinin komandası heç-heçə etdi

İdman

08 Aprel 2023 01:10 1056


Türkiyə Super Liqasında XXVIII tura start verilib.

Yenisabah.az xəbər verir ki, açılış matçında millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Antalyaspor"u qəbul edib. Görüşdə heç-heçə başa çatıb - 1:1.

Oyuna ehtiyatda başlayan Mahir Emreli 66-cı dəqiqədə meydana daxil olub. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə rəqiblə toqquşan 26 yaşlı hücumçu başından yüngül xəsarət alıb. Sezar pizza

Qeyd edək ki, bu nəticədən sonra xallarını 36-ya çatdıran "Konyaspor" 8-ci pillədəki mövqeyini qoruyub. 29 xalı olan "Antalyaspor" isə 11-cidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!