Mahir “Fənərbaxça“ ilə oyunda meydana çıxa bilər

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Fənərbaxça“ ilə oyunda meydana çıxa bilər

İdman

20 Fevral 2023 11:33 800


Azərbaycan millisinin "Konyaspor"a transfer olunan futbolçusu Mahir Emreli Türkiyə klubunda komanda ilə məşqlərə qatılır. 

Yenisabah.az xəbər verir ki, 25 yaşlı hücumçu Superliqanın 14-cü turunun "Fənərbaxça" ilə təxirə salınan matçı üçün hazırlıq prosesində iştirak edir. Bildirilir ki, Mahir "Fənərbaxça" ilə oyunda meydana çıxa bilər. 

Belə olacağı halda millimizin üzvü "Konyaspor"da debüt edəcək.  pizza

Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb. 

Əlavə edək ki, fevralın 25-də keçiriləcək "Fənərbaxça" - "Konyaspor" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!