Mahir hansı klubda oynamaq istəyir? - Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Mahir hansı klubda oynamaq istəyir? - Özü açıqladı

İdman

08 May 2023 16:20 962


"Matç bizim üçün həqiqətən çətin keçdi. Bütün həftə yaxşı hazırlaşsaq da, sürprizlərlə qarşılaşdıq. Maraqlı matç oldu. 10 dəqiqə ərzində hər iki komanda qol vurdu”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Konyaspor”da çıxış edən millimizin üzvü Mahir Emreli “Kontv”yə açıqlamasında deyib. 

Türkiyə Super Liqasının 33-cü turunda "Kayserispor"la 2:2 hesablı heç-heçə etdikləri matçı dəyərləndirən hücumçu öz çıxışı haqda da danışıb: "Buraya gəldiyimdən bəri aktiv olmadığım matç keçirdim. Ümid edirəm ki, bu, sonuncu belə görüşüm olar. Çünki belə davam etməsini istəmirəm”.  pizza hut

Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan və “Konyaspor”da icarə əsasında çıxış edən 26 yaşlı futbolçu Türkiyə klubunda qalmağın əleyhinə olmadığını bildirib: “Yeni mövsümlə bağlı klubdan mənimlə görüşən olmayıb. Mən Zaqreb "Dinamo"suna məxsus futbolçuyam. Amma “Konyaspor”da yeni mövsümün planlaşdırılmasında iştirak etsəm, şad olaram. Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur. Bir millətik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!