Mahir “Konyaspor“da mövsümün ən zəifi seçildi 

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Konyaspor“da mövsümün ən zəifi seçildi 

İdman

24 İyun 2023 13:28 744


Fevral ayından iyun ayınadək icarə əsasında "Konyaspor"da oynayan Mahir Emreli Türkiyə təmsilçisində 2022/2023 mövsümünün ən zəif futbolçusu seçilib. 

Yenisabah.az “SofaScore”a istinadən xəbər verir ki, müqavilə ilə "Dinamo"ya (Zaqreb, Xorvatiya) məxsus Azərbaycan millisinin hücumçusunun çıxışı 6,46 reytinq xalı ilə qiymətləndirilib. Bu da "Konyaspor"da ən pis göstəricidir. 

Reytinqə braziliyalı sol cinah müdafiəçisi Gilyerme başçılıq edib. O, 7,24 xalla qiymətləndirilib.  Dominos pizza

Mahir Emreli “Konyaspor”un heyətində 12 oyunda 2 qol vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!