Mahir “Legiya”dan ayrıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Legiya”dan ayrıla bilər

İdman

03 Dekabr 2021 12:39 1134


Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli klubdan ayrıla bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Çexiyanın efotbal.cz saytı məlumat yayıb. Bildirilib ki, əgər Varşava təmsilçisi növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmasa, 24 yaşlı hücumçu yayda komandanı tərk edəcək. 

Xəbərdə o da qeyd olunub ki, Mahirlə "Slaviya" (Praqa) yaxından maraqlanır. Klubun məşqçi heyəti futbolçumuzun oyununu izləyib və bəyənib.  Dördpendirli pizza

Qeyd edək ki, Mahirin "Legiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Əlavə edək ki, "Legiya" hazırda Polşa çempionatında 12 xalla 16-cıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!