Mahir “Legiya“dan gedir, yoxsa qalır? - “Danışıqlar aparırıq“

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Legiya“dan gedir, yoxsa qalır? - “Danışıqlar aparırıq“

İdman

16 Dekabr 2021 16:23 702


“Legiya”nın idman direktorunun müavini Pavel Tomçik Azərbaycan millisinin Varşava təmsilçisində oynayan üzvü Mahir Emreliyə azarkeşlərin hücum etməsi barədə danışıb. 

Yenisabah.az xəbər verir ki, klub rəsmisi ölkə çempionatında “Visla” (Plotsk) ilə oyundan sonra varşavalı azarkeşlərin hücumuna məruz qalaraq xəsarət alan Mahir və braziliyalı Lukinyasla fərdi söhbətlər aparıldığını söyləyib. O, Polşa mətbuatına açıqlamasında deyib: 

“Mahir Emreli və Lukinyasla danışmışıq. Onlar klubdan böyük dəstək alıblar. İdman baxımından heç də yaxşı an deyil. Biz futbolçuları və onların ailələrini dəstəkləməyə daha çox diqqət yetiririk. Ancaq bu kimi hallar kömək etmir”. Marqarita pizza

Pavel Tomçik Emreli və Lukinyasın “Legiya” ilə müqaviləyə xitam verərək komandadan ayrılacağı barədə yayılan məlumatlarla bağlı sualları da cavablandırıb. O, bu xəbərləri təkzib etməyib: 

“Müqavilə məsələlərinə gəlincə, biz danışıqlar aparırıq. Hələlik təfərrüatları şərh etmək istəmirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!