Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçildi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçildi

İdman

07 Avqust 2022 12:55 915


Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası (AŞF) məlumat yayıb.

Konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb. pizza hut

Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Qurumun hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə qalib gəlib və növbəti 4 il müddətinə FIDE-nin rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Hindistanlı dünya çempionu Vişvanatan Anand, AŞF-in prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!